Sumqayıtlı kitabsevərlər yaxın günlərdə “Libraff” Kitab Evinin xidmətlərindən yararlana biləcək. Sumqayıt24 bu haqda 21 iyun tarixində xəbər verir.
Məşhur mağaza şəbəkəsi Sülh küçəsində (3-cü mikrorayon) yeni filialını açır. Əldə etdiyimiz məlumata görə, açılış mərasimi iyul ayının ilk həftəsində baş tutacaq. İlk 3 gün ərzində alıcılara 20%-dək endirimlər təklif olunacaq.
Qeyd edək ki, burada Azərbaycan, türk, rus, ingilis və digər dillərdə kitablar mövcuddur.