top
 Media nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar 
01 may 2025, 00:58
- +

 Media nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar 

Sumqayıt Kimya Sənaye Parkına media-tur təşkil edilib.

Apa.az-ın məlumatına görə, media-turda bildirilib ki, aprelin 30-da Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılış mərasimlərində iştirak edib. Bununla əlaqədar olaraq media nümayəndələrinin mayın 1-də Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində media mənsublarına Sumqayıt Kimya Sənaye Parkının ümumi fəaliyyəti, açılışı olan yeni müəssisələr barədə məlumat verilib.

Bildirilib ki, fəaliyyətə başlayan bu 2 müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur, I mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavə olaraq 200 nəfərlik daimi iş yerinin də yaradılması nəzərdə tutulur. İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə çatıb.

Bundan başqa cari ildə Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İsahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6.200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2.700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,88 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 4,88 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2%, ixrac isə 17,2% artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə 26,1% təşkil edib.

Media nümayəndələri “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Zavodun direktoru Nəcməddin Taşbağ bildirib ki, Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib.

“Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunda olan kiv nümayəndələrinə müəssisənin təsisçisi Samir İbadullayev diqqətə çatdırıb ki, müəssisədə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Layihənin hər iki mərhələ üzrə ümumi investisiya dəyəri 19,2 milyon manatdan çoxdur.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Oxşar xəbərlər