Sumqayıtda “Media savadlılığı və gənclər” mövzusunda təlim keçiriləcək. Bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaydığı məlumata istinadən yazırıq.
Təlim Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi və Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutacaq. Burada, Sumqayıt KOB İnkişaf Mərkəzinin koordinatoru Nurlan Qarayev “Azərbaycanda və Avropada media savadlılığı, saxta xəbərlər və dezinformasiya, media müxtəlifliyi və mediada qərəzlik” haqqında ətraflı məlumat verəcək.
5 mart saat 15:00-da, Heydər Əliyev mərkəzində keçiriləcək görüşə qatılmaq üçün linkə daxil olaraq, qeydiyyatdan keçmək olar.