“Mehdi Hüseynzadə” stadionunda yenidənqurma işlərinin dayandırılması ilə bağlı AFFA münasibət bildirib. Sumqayıt24 bu haqda Qol.az-a istinadən xəbər verir.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirdiyi mətbuat konfransında, həmin stadionun AFFA-nın balansında olmadığını bildirib:
“Sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Klub prezidenti Riad Rəfiyevlə mütəmadi danışıram. Yaxşı olardı ki, stadion tezliklə hazır olsun, komanda ev oyunlarını orada keçirsin”, – deyə o qeyd edib.