Sumqayıt şəhər stadionunda yenidənqurma işləri bərpa olunub. Sumqayıt24 bu haqda bu gün, 25 aprel tarixində Trend.az-a istinadən xəbər verir.
“Mehdi Hüseynzadə” adına stadionun direktoru bildirib ki, tikinti işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Stadion beynəlxalq standartlara uyğun inşa edilir. Əvvəllər azarkeş tutumu 16 min idirsə, yeni stadionda bu rəqəm 10 min olacaq: “Bunun da səbəbi odur ki, əvvəllər oturacaqlar taxtadan idi, təzə stadionda isə beynəlxalq standarlara uyğun kreslolar quraşdırılacaq".
Xatırladaq ki, sözügedən stadionda işlər aylar öncə dayandırılmışdır.