“Mehdi Hüseynzadə” stadionunun ətrafında abadlıq işləri aparılır. Sumqayıt24 bu barədə 27 oktyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Yaşıllaşdırma idarəsinin əməkdaşları tərəfindən qazon örtüyü salınır. Burada xeyli sayda işçi qüvvəsi çalışır. Ərazidə olan torpaq qatının hamarlanması da həyata keçirilir. Abadlıq işləri, həmçinin Nəsimi adına mədəniyyət və istirahət parkında aparılır.