top
Məhəmməd Əmin Rəsulzadənin vəfatından 71 il ötür
06 mart 2026, 13:40
- ↺ +

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 71 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, siyasətçi və publisist, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) qurucularından və siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Sumqayit24.az xəbər verir ki, onun vəfatından 71 il keçir.

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Novxanı kəndində dünyaya gəlib və Azərbaycan milli istiqlal hərəkatının aparıcı simalarından biri olub.

1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda 500 nümayəndənin iştirakı ilə keçirilən Müsavat Partiyasının birinci qurultayında o, partiyanın Mərkəzi Komitəsinin sədri seçilib. Həmin qurultaydan sonra Bakıda və Azərbaycanın müxtəlif qəzalarında "Azərbaycana muxtariyyət" şüarı ilə milli hərəkat geniş vüsət alıb.

Elə həmin ilin payızında Rəsulzadə Azərbaycan və Türküstanı təmsil edərək Rusiya parlamentinə millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili siyasi çəkişmələr səbəbindən fəaliyyətini dayandırıb. Mayın 27-də isə seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların nümayəndələrindən ibarət Azərbaycan Milli Şurası yaradılıb və səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə onun sədri seçilib.

Bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra Rəsulzadə ölkəni tərk etməyə məcbur qalıb və ömrünün qalan hissəsini mühacirətdə keçirib.

1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra o, əvvəlcə Moskvaya, daha sonra Finlandiyaya gedib. Sonradan Türkiyəyə köçən Rəsulzadə həyatının sonuna qədər Ankarada yaşayıb və 6 mart 1955-ci ildə burada vəfat edib.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Daha sonra, 22 noyabr 2013-cü ildə Prezident İlham Əliyev Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə Sərəncam verib və bununla əlaqədar ölkə daxilində və xaricində silsilə tədbirlər təşkil olunub.

Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev 2018-ci ili "Cümhuriyyət ili" elan edib.

30 dekabr 2023-cü ildə isə dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı növbəti Sərəncam imzalayıb.

2024-cü ildə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Rəsulzadənin Ankara şəhərində, Cəbəci Əsri məzarlığında yerləşən məzarı da abadlaşdırılıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər