Sumqayıt şəhərinin Tarixi Muzeyində məktəblilərin ekskursiyaları davam edir. Bu haqda bu gün, 15 aprel tarixində muzeyin Facebook hesabına istinadən xəbər veririk.
40 nömrəli məktəbin şagirdləri "Tariximizi öyrənək" adı altında ekskursiyaya qatılıblar. Muzeyin bələdçisi şagirdlərə Sumqayıtın tarixi haqqında ətraflı məlumat verib.
Daha öncə, ekskursiyaya 13 nömrəli məktəbin şagirdləri qatılmışdır.