Sumqayıtda fəaliyyət göstərən zavodun direktoru dəyişib. Sumqayıt24 bu barədə 2 mart tarixində Banker.az-a istinadən xəbər verir.
“STP-AH” MMC-nin (Metaləritmə Zavodu) baş icraçı direktoru vəzifəsinə Selman Çelik təyin olunub. O, bu vəzifədə həmyerlisi Konuralp Yurteri əvəzləyib.
Qeyd edək ki, S. Çelik buna qədər “STP-AH”ın baş maliyyə inzibatçısı idi.