Metroda relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan yeniyetmə bacıların Sumqayıt sakinləri olduğu məlum olub. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə ötən gün, paytaxtın “20 Yanvar” metro stansiyasında baş verib. Bəlli olub ki, həmin qızlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri TikTok səhifələrində yerləşdirməyi düşünüblər. Lakin onlar dərhal saxlanılaraq, Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.
Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət olunub, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.