Sumqayıtda fəaliyyət göstərən kafedə qanunvericiliyin tələbləri pozulub. Sumqayıt24 bu haqda Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytına istinadən xəbər veririk.
“Meyhane” adlı kafe 45-ci məhəllədə yerləşir. Aparılan yoxlamalar zamanı, burada müəyyən nöqsanlar aşkar edilib. Nəticədə, kafenin sahibi Təbriz Ağayarlı barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.