Sumqayıtda “Meymunçiçəyi virusu və onun əlamətləri” mövzusunda seminar keçirilib. Sumqayıt24 bu haqda bu gün, 6 iyun tarixində şəhər Tibb Mərkəzinə istinadən xəbər verir.
Maarifləndirmə xarakteri daşıyan elmi görüş 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində təşkil olunub. Burada tibb müəssisəsinin baş həkimi Mətləb Musayev və həkim heyəti iştirak ediblər.
Şöbənin dermatoveneroloqu Asif Yaqubov təqdimatla çıxışında virusu yaradan səbəblərdən, əlamətlərindən və onunla mübarizə üsullarından bəhs edib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.