Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıtda yerləşən mənzilin güzəştli satışı barədə elan edib. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 agentliyə istinadən məlumat verir.
3 otaqlı mənzilin satışı 16 dekabr saat 11:00-da başlayacaq və 23 dekabr saat 11:00-dək davam edəcək. Şəhərin 41-ci məhəlləsində, Zəminə Həsənova küçəsində yerləşən mənzilin qiyməti 63.325 manatdır.