Tahir Mirkişili Türkiyədə təhsil alan sumqayıtlı tələbə ilə görüşüb. Bu haqda Sumqayıtxeber məlumat yayıb.
Məlumata əsasən, videoformatda keçən görüşdə Sumqayıt İkinci Seçki Dairəsi üzrə millət vəkili Tahir Mirkişili tələbə Sadə Babazadə ilə həmsöhbət olub. Babazadə Hacettepe Universitetində tibb təhsili alır.
“Onun kimi istedadlı tələbələrin qazandıqları bilikləri sonradan ölkəmizdə tətbiq etmələri inkişaf üçün çox vacibdir. Biz hamımız istedadlı tələbələrin yaxşı təhsil almasında daim dəstəkçi olmalıyıq”, - Millət vəkili bildirib.