Sumqayıtda deputat Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu barədə yanvarın 24-ü xəbər verir.
Görüş YAP şəhər təşkilatının inzibati binasında təşkil olunub. Millət vəkili müxtəlif qurumların məsul şəxsləri ilə fikir mübadiləsi aparıb. Daha sonra deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib. Vətəndaşlar, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.