Deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova Sumqayıtda qəbul keçirib. Bu haqda o, 9 iyun tarixində öz Facebook səhifəsində məlumat paylaşıb.
Görüş YAP Sumqayıt şəhər təşkilatının inzibatı binasında təşkil olunub. Hüseynova ilk olaraq "2022-ci il Qadınlar Arası Şahmat üzrə Azərbaycan Çempionatında" II-ci yerin qalibi Ləman Hacıyeva ilə görüşüb, ona təşəkkürnamə və hədiyyələr təqdim edib.
Daha sonra deputat fərdi qaydada vətəndaşların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Qaldırılan məsələlər əsasən işlə təminat, əmək təqaüdləri və digər sosial qayğılar ilə bağlı olub.
Problemlərin bir hissəsi yerindəcə həllini tapıb, qalanı isə aidiyyəti qurumlara göndərilib.