Sumqayıtda “Maarifçi insanlar, qəzet yaradanlar” adlı məlumat günü keçirilib. Bu haqda bu gün, 22 iyul tarixində Mədəniyyət Xəbərlərinə istinadən xəbər veririk.
Azərbaycan Milli Mətbuatı və Jurnalistikası Günü ilə əlaqədar təşkil edilən tədbir Mərkəzi Uşaq Kitabxanasında baş tutub. Kitabxananın multimedia mütəxəssisi Qənimyə Baqişova çıxışında tədbir iştirakçılarına iyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi haqqında məlumat verib.
“Əkinçi” Azərbaycan dilində yayımlanan ilk qəzet olub. Qazetin 1875-ci ildən 1877-ci ildək ümumilikdə 56 sayı buraxılmışdır. İlk sayının buraxıldığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Təbdirin sonunda oxucular “Milli mətbuat günü-147” adlı kitab, jurnal və qəzet nəşrlərindən ibarət sərgiyə baxış keçiriblər.