"Palmali Holding”-ə məxsus gəmi şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq. Sumqayıt24 bu haqda şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyevanın yaydığı məlumata istinadən xəbər verir.
Belə ki, uzunluğu 140, eni 17 metr və 7 min 500 DWT yükdaşıma qabiliyyətinə malik olan “General Polad Həşimov” gəmisi 30 mart tarixində yola salınacaq. Təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində (Türkiyə) baş tutacaq.
Qərar Mübariz Mənsimov və "Palmali Holding”-in idarə heyəti tərəfindən qəbul edilib. Məqsəd şəhidimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır.