Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı dövlət işinə qəbul olunub. Sumqayıt24 bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az-a istinadən xəbər verir.
Məlumata görə, Ofelya Salmanova Bakı Şəhəri üzrə Təhsil İdarəsində işlə təmin edilib.
Sumqayıt sakini olan Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində düşmən qüvvələrinin hücumunu əks etdirən zaman qəhrəmancasına şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.