Sumqayıtda yaşayan şəhidin həyat yoldaşı tərəfindən Prezident İlham Əliyevə yazılan məktub onun rəsmi saytında dərc olunub. Bu haqda Sumqayıt24 bu gün, 3 iyun tarixində xəbər verir.
Belə ki, 1992-ci ildə şəhid olmuş Milli Qəhrəman Aqil Məmmədovun həyat yoldaşı Sədaqət Hünbətovanın ölkə liderinə ünvanladığı məktubda deyilir:
“Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları narahat edən digər məsələlərin həlli üçün gördüyünüz işlər sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan irəli gəlir.
Sizin rəhbərliyinizlə müharibə əlilləri ilə yanaşı, şəhid ailələrinin mənzillə təminatı proqramı uğurla həyata keçirilir. Bunun əsasında, mən də şəhid ailəsi kimi Sumqayıt şəhərində təmirli mənzillə təmin olunmuşam”.
Son olaraq Sədaqət Hünbətova göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.