Şəhid general-mayor Polad Həşimovun adı 31 nömrəli məktəbdə yerləşən sinif otağına verilib. Bu haqda bu gün, 11 iyun tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Milli Qəhrəmanın adını daşıyan sinif otağının açılış mərasimində Polad Həşimovun anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və məktəb kollektivi iştirak ediblər. Tədbirdə 2c sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylənib, mahnılar oxuyublar.