top
Milli Qəhrəman Polad Həşimovun anım günüdür
13 iyul 2022, 22:00
- ↺ +

Milli Qəhrəman Polad Həşimovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anım günüdür. O, iyulun 14-ü Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Qəhrəmanımız burada 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə təhsil alıb.

1992-ci ilin dekabrında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsinə qatılıb. Həmçinin 1993-cü ildə baş verən dövlət çevrilişi cəhdin qarşısının alınmasında iştirak edib. Polad Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.

Vətəninə layiqli xidmətə görə Polad Həşimov “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə, “Vətənə xidmətə görə” III dərəcəli orden ilə, 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə “Vətənə xidmətə görə” II dərəcəli orden ilə mükafatlandırılıb. Bundan əlavə, “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif olunub.

Həşimov 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub. Ağır döyüş zamanı yaralanıb. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib, daha sonra o, 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci il iyulun 12-si Tovuz rayonu istiqamətində düşmən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub. 14 iyul tarixində döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar.

Onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. 15 iyul tarixində isə II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

General-mayora ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə Polad Həşimovun adı verilib. Bundan əlavə, paytaxtımızda və Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adını daşıyan parklar salınıb.

Hörmətlə anırıq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:19

Sürücülərin nəzərinə - Novxanıda yol bağlanıb

Bütün xəbərlər
Bu gün, 17:19

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda yaşayan tanınmış aktyor 70 yaşında vəfat edib

İdman
Bu gün, 16:19

Sumqayıtlı gənc idmançılar CÜDONUN VƏTƏNİNDƏ

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıta sabah da yağış yağacaq

Kriminal
Bu gün, 14:19

Sumqayıtda gənc bıçaqlandı - 50 YAŞLI KİŞİ TUTULDU

Bütün xəbərlər
Bu gün, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Bu gün, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Bu gün, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Bu gün, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Bu gün, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

İdman
Bu gün, 09:09

"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Oxşar xəbərlər