Novxanı qəsəbəsində zəncirvari qəza baş verib. Sumqayıt24 bu haqda sosial şəbəkələrdə yayılan videogörüntülərə istinadən xəbər verir.
Məlumata görə, Binəqədi-Novxanı yolunda “Toyota Prius” iki yük avtomobili ilə toqquşub. Nəticədə, betonqarışdıran maşın aşıb, digər nəqliyyat vasitələrinə isə maddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.