Novxanıda “Niva” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Sumqayıt24 bu barədə 17 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Onlar müxtəlif bədən xəsarətləri alan bir nəfəri deformasiyaya uğrayan “Niva” dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.