“Zeytun” aptekində qayda pozuntuları müəyyən edilib. Sumqayıt24 bu haqda 16 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın əməkdaşları tərəfindən monitorinq keçirilib. Sözügedən ticarət obyektində tapılan nöqsanlar qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı olub.
Qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.