Sumqayıt sakininin idarə etdiyi avtomobil paytaxtda mopedlə toqquşub. Sumqayıt24 bu haqda bu gün, 4 aprel tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Məlumata əsasən, hadisə 2 aprel saat 02:00 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini M. İsmayılovun idarə etdiyi “Moon” markalı moped ilə Sumqayıt şəhər sakini C.Bəşirovun sükan arxasında olduğu “Opel” markalı avtomobil toqquşub. Xəstəxanaya yerləşdirilən moped sürücüsü vəfat edib.
Araşdırma aparılır.