top
Moşu illər sonra Sumqayıt teatrının səhnəsində…
06 mart 2026, 18:30
- ↺ +

"Moşu" illər sonra Sumqayıt teatrının səhnəsində…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 10 mart – Milli Teatr Günü premyera ilə yadda qalacaq.

 

Sumqayit24.az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında  həmin gün tanınmış tatar dramaturqu Taufiq Minullinin "Ərmağanlı Əlməndər" əsəri əsasında hazırlanan "Sonuncu qonaq" tamaşasının premyerası olacaq.

 

Yeni səhnə əsərinin quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur.

 

Bu tamaşa eyni zamanda uzun müddət teatrdan uzaq düşən görkəmli teatr və kino aktyorunun yenidən səhnəyə qayıdışı ilə əlamətdardır. Sənətkar səhnə əsərində baş qəhrəmanı – Əlməndər obrazını canlandıracaq.

 

Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Gülcahan  Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu Kamil Ağazadədir. Səhnə əsərində Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alacaqlar.

 

"Sonuncu qonaq" fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində əzrail tərəfindən unudularaq yer üzündə qalan 91 yaşlı, həyata möhkəm bağlanan qoca Əlməndər dayanır. Həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – əzraillə üz-üzə qalır…

 

Tamaşa boyunca həyat və ölüm, insanın iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir.

 

Qeyd edək ki, Valeh Kərimov yamaşaçıların yaddaşında ən çox "Moşu Göyəzənli" kimi qalıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər