Müəllimlərin işə qəbulu müsabiqəsi başlayıb.
Sumqayit24.az Təhsil İnstitutuna istinadən xəbər verir ki, 2025-2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbuluna start verilib.
Qeyd olunub ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 1 avqusta-dək 2025-ci il tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.