Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıt sakinlərini qəbul edəcək. Bu barədə 19 yanvar tarixində Sumqayıt24 quruma istinadən xəbər verir.
Görüş 25 yanvar saat 11:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Sumqayıt vətəndaşları ilə yanaşı, Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan sakinlər iştirak edəcəklər.
Əlaqə vasitələri: (018) 654 00 40, (055) 275 88 33, [email protected] [email protected]).