Sumqayıtda muğam müsabiqəsi keçirilib. Sumqayıt24 bu haqda 8 iyun tarixində AzTV-yə istinadən xəbər verir.
VIII “Muğam” Televiziya müsabiqəsinin növbəti mərhələsi Sumqayıt Dövlət Dram Teatrında təşkil olunub. Burada müxtəlif yaş qruplarına aid uşaq, yeniyetmə və gənclər çoxsaylı izləyicilərə öz bacarıqlarını nümayiş etdiriblər.
Münsiflər qismində Azərbaycanın muğam ustadları və digər məşhur şəxslər iştirak ediblər.