Sumqayıtda Mühafizə Polisi avtomobilinin iştirakı ilə qəza baş verib. Bu haqda bu gün, 9 iyun tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Azərbaycan və Heydər Əliyev prospektlərinin kəsişməsində qeydə alınıb. Mühafizə Polisinin əməliyyat avtomobili sayrışan işıqlardan və sirenadan istifadə edərək hərəkət edən zaman “Chevrolet Cruze” minik maşını ilə toqquşub.
Hadisə nəticəsində “Chevrolet”-in sol ön hissəsinə ziyan dəyib.