Bu gün qəhrəman şəhid Adil İbrahimlinin doğum günüdür. O, 1992-ci ildə Sumqayıtda anadan olub.
Baş leytenant Adil İbrahimli Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. II Fəxri xiyabanda dəfn olunub.
Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin, oxuduğu 14 nömrəli məktəbə onun adı verilib.
Qeyd edək ki, Bakıda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbirdə Prezident İlham Əliyev, əlində cəsur şəhidimizin fotosu əks olunan plakat ilə yürümüşdü.