Bu gün Vətən müharibəsinin ilk günündə şəhid olan Tərlan Rzayevin doğum günüdür. O, 21 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub.
Nur simalı Tərlan müharibə zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 27 sentyabr 2020-ci ildə oradaca şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Qızğın döyüşlərdə şəxsi igidlik, şüçaət və qorxmazlıqla seçilən Tərlan Rzayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.