Əfsanəvi şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu məzun olub. Sumqayıt24 bu haqda 2 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
"Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçının yadigarı Aqşin Oruclu ADA universitetini bitirib. O, həmin universitetdə Dövlət idarəetməsi ixtisası üzrə magistr təhsilini alacaq.
Qeyd edək ki, I Qarabağ müharibəsi iştirakçısı Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. O, "İgidliyə görə" medalı ilə təltif edilib.