Uşaq İncəsənət Məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb. Sumqayıt24 bu barədə 2 dekabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin 2-ci sinif şagirdi Xəyal Musazadə "Universal Stars Music Festival" adlı 1-ci Beynəlxalq vokal-instrumental müsabiqəsində 1-ci dərəcəli laureat adına layiq görülüb.
Şagirdi yarışa ixtisas fənni üzrə müəllimi Nəsibə Rəsulova hazırlayıb. Nəsibə Rəsulova və konsertmeyster Təranə Kazımova Təşəkkürnamə ilə təltif olunublar.