15 İyun - Milli Qurtuluş Gününə həsr olunan daha bir yekun hesabat konserti təşkil olunub. Bu haqda bu gün, 14 iyun tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Konsert Şuşa rayon nümayəndəliyinə aid musiqi məktəbləri tərəfindən keçirilib. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev iştirak ediblər. Onlar müəllim və şagird kollektivinə yüksək səviyyədə hazırlanmış konsertə görə təşəkkür edib, uğurlar arzulayıblar.
Sonda Şuşa Musiqi Məktəblərinin kollektivləri xatirə şəkili çəkdirib.