Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan muzeylərin və Heydər Əliyev mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib. Sumqayıt24 bu haqda idarənin Facebook səhifəsinə istinadən xəbər verir.
18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar baş tutan onlayn görüş Sumqayıt şəhərinin Tarixi Muzeyinin təşəbbüsü ilə təşkil olunub. Çıxış edənlər son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrinin genişlənməsindən, beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlərin əldə edilməsindən bəhs edib.