"Nə? Harada? Nə zaman?" formatında keçirilən bilik yarışının qalibləri bəlli olub. Bu haqda Sumqayıt24 xəbər verir.
Gənclər və İdman Nazirliyinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə keçirilən birincilik "28 May-Müstəqillik Günü"nə həsr olunub.
Nəticələrə görə Polad Həşimov adına 28 nömrəli məktəbin şagirdləri 1-ci zona mərhələsinin, M. Füzuli adına 15 nömrəli tam orta məktəbin şagirdləri isə 2-ci zona mərhələsinin qalibləri seçilib.