Saray qəsəbəsində itləri vəhşicəsinə öldürüblər. Sumqayıt24-ə bu barədə 16 noyabr tarixində izləyicilər xəbər veriblər.
Hadisə Heydər Əliyev küçəsində baş verib. Sakinlərin sözlərinə görə, canlıları naməlum şəxslər öldürüblər. Onlardan birinin cinsiyyət orqanı, digərinin isə daxili orqanları kəsilərək çıxarılıb.
İddia olunur ki, itlərə siçan dərmanı verilib.