Sumqayıtda yenicə inşa edilmiş şəhid bulağına zərər yetirilib. Sumqayıt24-ə bu haqda şəhid Vüqar İsmayılovun ailə üzvləri məlumat verib.
Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən bulağın açılış mərasimi 5 dekabr 2021-ci ildə baş tutmuşdur. Həmin gündən cəmi 6 ay keçməsinə baxmayaraq, naməlum şəxs (və ya şəxslər) bulağın iki su kranını və burada olan işıq fənərini sındırıb.