Meyxanaçı Namiq Məna qəzaya düşüb. Sumqayıt24 bu haqda 10 dekabr tarixində Gundem.az-a istinadən xəbər verir.
Hadisə “Yeni Saray” yolunda baş verib. Sənətkar maşını yüksək sürətlə sürmədiyini, "Hyundai" markalı avtomobilin onun nəqliyyat vasitəsini yandan vurduğunu, heç kəsin də xəsarət almadığını açıqlayıb.
O bildirib ki, maşının ehtiyat hissələri Azərbaycanda tapılmadığına görə, onu hələ də təmir edə bilməyib.