Sumqayıtda “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib. Bu haqda bu gün, 28 may tarixində Mədəniyyət Xəbərlərinə istinadən xəbər veririk.
Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutan tədbir 28 May - Milli Müstəqillik Gününə həsr edilib. Mərkəzdə fəaliyyət göstərən biçmə-tikmə kurslarının üzvlərinin hazırladıqları geyimlərin nümayişi, rəqs kursu üzvlərinin rəngarəng rəqsləri təqdim edilib.
Bundan əlavə “Ritm bir dünyadır” adlı regionlararası ritm müsabiqəsində yer tutan iştirakçılar çıxış ediblər.