Sumqayıt sakini narkotik vasitənin təsiri altında avtomobil idarə edib. Sumqayıt24 bu haqda 29 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yol polisi idarəsinin əməkdaşları noyabrın 26-da Masallı rayonu ərazisində “Opel” markalı avtomobili saxlayıblar. Sürücü Azər Əhmədzadə barəsində narkotik vasitə qəbul etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə A. Əhmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 10 gün müddətinə inzibati qaydada həbs olunub.