Sumqayıt sakini narkotik təsiri altında avtomobil idarə etdiyi üçün 5 gün müddətinə inzibati qaydada həbs edilib. Bu haqda Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk.
Məlumata görə, Vüqar Hümbətəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Abşeron rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
O, məhkəmənin qərarı ilə 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.