Cavid Babaşovun (Sumqayıtlı) apellyasiya şikayətinə baxılıb. Sumqayıt24 bu barədə Apa.az-a istinadən xəbər verir.
Narkotik alverində təqsirli bilinərək 7 il 6 ay müddətinə məhkum edilən meyxanaçının şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılıb. Hakim Elman Əhmədovun sədrlik etdiyi məhkəmə heyəti hökmün dəyişdirilməsi üçün heç bir əsasın olmadığı qənaətinə gəlib.
Xatırladaq ki, Cavid Babaşovun üzərində 206 qram heroin və elektron tərəzi aşkar edilib.