Sumqayıt şəhərində avtomobil qarət edilib. Sumqayıt24 bu haqda bu gün, 30 may tarixində BakuTV-yə istinadən xəbər verir.
Hadisə Nəsimi adına mədəniyyət və istirahət parkının yaxınlığında baş verib. ”Opel” markalı minik avtomobilindən içərisində 4400 manat olan bank kartı, 25 manat nağd pul və təqribən 500 manat dəyərində mobil telefon oğurlanıb.
Məlumata əsasən, naməlum şəxslər avtomobilin şüşəsini sındıraraq bu əməli törədiblər. Zərərçəkmiş Ziya İsayev hüquq-mühafizə orqanlarına məlumat verib.
İki ay öncə həmin ərazidə daha bir avtomobildən oğurluq edilmişdir.