Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 17 noyabr tarixində xəbər verir.
Hadisə dünən axşam baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə bununla bağlı məlumat verilib. FHN-in Sumqayıt Regional Mərkəzinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz azyaşlı xilas edilib.