Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparat rəhbərinin müavini Sumqayıt sakinlərini qəbul edib. Sumqayıt24 bu haqda 10 fevral tarixində quruma istinadən xəbər verir.
Cavid Əbdul-Qədirov onların sosial vəziyyəti ilə maraqlanıb, şəhid ailələrinə və müharibə veteranlarına qayğının nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Görüş zamanı nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılıb, məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.