Sumqayıt şəhərində zəncirvari qəza baş verib. Bu haqda bu gün 9 iyun tarixində Sumqayıt24 DünyaTV-yə istinadən xəbər verir.
Hadisə Niyazi küçəsində qeydə alınıb. Burada “Mercedes” markalı minik avtomobili “Xəzər” markalı maşınla toqquşub. Nəticədə sonuncusu digər “Mercedes”ə çırpılıb. Nəqliyyat vasitələri yararsız hala düşüb.
Qəza birinci “Mercedes”in sürət həddini aşması nəticəsində baş verib.
Digər “Mercedes” markalı avtomobil isə DünyaTV-nin əməkdaşına məxsus idi.