Sumqayıtda "Bütün zəmanələrin yazıçısı" adlı məlumat saatı keçirilib. Bu haqda Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi məlumat yayıb.
Tədbir Nizami Gəncəvi adına Kitabxana Klubunda baş tutub. Məlumat saatında ingilis yazıçı, yumor və satira ustası, tənqidi realizmin banisi Çarlz Dikkensin 210 illiyi ilə əlaqədar məktəblilərə məlumat verilib.
Çarlz Dikkens - ingilis ədəbiyyatında, gəlmiş-keçmiş ən məşhur yazıçı və roman müəlliflərindən biridir. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir. Onun tanınmış əsərlərindən biri “Oliver Tvistin macəraları” adlanır.